“Rusiya martın 21-dən hava məkanını Azərbaycan üçün açır” –Baş nazir

“Sanitar-epidemioloji sağlamlıq haqqında” qanuna əsasən, hökumətin giriş-çıxışa məhdudiyyət tətbiq etməyə birbaşa səlahiyyəti var”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, quru sərhədlərimiz bağlıdır: “Karantin qaydaları yumşaldılıb, amma pandemiya aradan qalxmayıb. Rusiya hökuməti martın 21-dən başlayaraq hava məkanını yenidən Azərbaycan üçün açır. Dağıstan sərhədində qalan soydaşlarımızın məsələsi də hökumətin diqqətindədir. Amma onlarla bağlı qəti qərar hələ verilməyib”. (APA)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir