“Rusiya milli maraqlarımıza xələl gətirməyə davam edərsə…”- Moldovadan ULTİMATUM

Moldovanın milli maraqlarına xələl gətirən hərəkətlər davam edərsə, Rusiya diplomatları yenidən Moldovadan çıxarıla bilər.

Azpost.info xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Mixay Popşoy bildirib.

O bildirib ki, tanınmamış Dnestryanı bölgənin hakimiyyəti mart ayında Kişinyovun qadağalarına zidd olaraq

Rusiyada prezident seçkilərində səs vermək üçün seçki məntəqələri təşkil edib.

“Ölkə hakimiyyətinin mümkün qədər aydın mövqeyinə baxmayaraq, Dnestr çayının sol sahilində qondarma seçkilərin təşkilində olduğu kimi Moldovanın milli maraqlarına xələl gətirən hərəkətlər davam edərsə, təbii ki, bu tədbir qüvvədə qalacaq”, – Popşoy deyib.

Onun fikrincə, Rusiya ilə münasibətlərin yaxın gələcəkdə normallaşacağı ehtimalı yoxdur.

Azpost.info

 

Əvvəlki məqalə

Üç nazirlikdən əhaliyə birgə

Sonrakı məqalə

Elektrik dirəyindən yıxılaraq ölən şəxslə bağlı araşdırma aparılır