Rusiya MN: Ukraynada 54 hərbi obyekt məhv edilib

Rusiyanın yüksək dəqiqlikli raketi Odessada artilleriya anbarını məhv edib.

“RİA- Novosti“ məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

General əlavə edib ki, gün ərzində Rusiyanın operativ-taktiki aviasiyası gün ərzində Ukraynada 54 hərbi obyekti məhv edib.

“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan 126 təyyarə, 421 pilotsuz uçuş aparatı 2024 tank, 225 YARS və 1923 ədəd xüsusi təyinatlı hərbi texnikası da məhv edilib”-, deyə Rusiya MN sözçüsü vurğulayıb.

Əvvəlki məqalə

Avropa Komissiyasının sədri Jozep Borrellə birgə Buçaya gəlib – FOTO

Sonrakı məqalə

Kiyev vilayətində güllələnmiş 132 sakinin cəsədləri tapılıb