Rusiya Müdafiə naziri ordu generalı Sergey Şoyqu Ermənistanda işgüzar səfərdədir.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, səfər zamanı S. Şoyqu Gümrüdə 102-ci Rusiya hərbi bazasını yoxlayacaq.
Rusiyanın Müdafiə naziri Yerevanda ermənistanlı həmkarı David Tonoyanla görüşəcək. Görüş zamanı hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Rusiya Müdafiə nazirinin Ermənistanın siyasi rəhbərliyi ilə də görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, S.Şoyqu sabah Bakıda MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclasına qatılacaq.