Rusiya müdafiə naziri Şoyqunun çəkdiyi rəsmlər hərracda satıldı –FOTO

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun əl işləri hərraca çıxarılıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Hərracın keçirilməsi təşəbbüsünün nazirə aid olduğu vurğulanıb.

Rusiya Coğrafiya Cəmiyyətinin meydançasında təşkil edilən hərracda generalın rəsm əsərləri və ağac oymaları təqdim olunub. Əsərlərin satışından 40 milyon rubl (təxminən 920 min manat) əldə edilib.

Bu vəsaitin Konstantin Xabenskinin Xeyriyyə Fondunun himayəsində olan şəxlərə yardım məqsədilə xərclənəcəyi bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Zidan mövsümün sonunda “Real”dan ayrılacaq

Sonrakı məqalə

İldırım 18 fili öldürdü –