“Rusiya neft hasilatını tam həcmdə həyata keçirir” -Novak

“Sanksiyalara baxmayaraq, Rusiyanın neft və qaz hasilatı tam həcmdə həyata keçirilir”.

Azpost.info bildirir ki, bu barədə Baş nazirin müavini Aleksandr Novak jurnalistlərə bildirib.

“Son iki ayda bizim göstəricilər hətta ötənilkilərdən yaxşı olub”-deyə Novak bildirib.

Onun sözlərinə görə, Rusiya qaz, neft və neft məhsullarının təchizatı ilə bağlı ixracı davam etdirir. “Hər şeyin sadə olduğunu deməzdim. Buna baxmayaraq bizim şirkətlər və biz vəziyyəti monitorinq və idarə edirik”-deyə Novak vurğulayıb.

Əvvəlki məqalə

Hava mülayimləşəcək

Sonrakı məqalə

Lavrov Bakı və İrəvanla sülh müqaviləsi ilə bağlı müzakirə aparıb