“Rusiya ordusu cəbhəni genişləndirməyə cəhd etsə…”- ABŞ-dan ULTİMATUM

Rusiya ordusu cəbhəni genişləndirməyə cəhd edərsə, Birləşmiş Ştatlar Ukraynaya Rusiyanın əksər ərazilərinə ABŞ silahlarından atəş açmağa icazə verəcək.

Azpost.info xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa məsələləri üzrə köməkçisi Ceyms O’Brayen bildirib.

“Əvvəlcə bu, Rusiyanın Xarkov yaxınlığında hücum etdiyi ərazi idi. Əgər Rusiya bu cəbhəni genişləndirməyə çalışarsa, Ukraynaya daha böyük məsafədə hədəflərinə çatmağa icazə veriləcək”,- O’Brayen Nümayəndələr Palatasındakı dinləmələrdə qeyd edib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin sərhəd yaxınlığındakı infrastrukturunun məhv edilməsindən sonra Rusiya ordusu Xarkov vilayətində irəliləyişini praktiki olaraq dayandırıb.

Azpost.info

Əvvəlki məqalə

Dağıstanda niqab qadağan olunub

Sonrakı məqalə

YAP İdarə Heyətinin iclası keçirilir