Rusiya ordusu Luqansk vilayətinə tam nəzarəti ələ keçirib –Şoyqu Putinə məruzə etdi

Rusiya ordusu Ukraynanın Luqansk vilayətinə nəzarəti ələ keçirib.

Bu barədə bu gün Rusiya müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə məruzə edib.

“Sergey Şoyqu ali baş komandan Vladimir Putinə Luqansk Xalq Respublikasının azad edilməsi barədə məruzə edib”,- deyə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edək ki, ötən gecə Rusiya ordusu Luqansk vilayətində Ukrayna Silahlı Qüvvələrinin nəzarətində qalan sonuncu şəhəri – Lisiçanskı mühasirəyə alıblar.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.