“Rusiya ordusunu bundan sonra dayandırmaq çətin olacaq” –Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko müharibəni dayandırması üçün Ukraynaya çağırış edib.

APA xəbər verir ki, bu barədə o, Rusiya mətbuatına müsahibəsində danışıb.

Lukaşenko Ukraynanı dayanmağa çağırıb. O bildirib ki, “əks halda onlar bütün Ukraynanı itirəcəklər”.

Lukaşenkonun sözlərinə görə, Rusiya ordusunu bundan sonra dayandırmaq çətin olacaq. Buna görə də “üç slavyan ölkəsi” masa arxasında əyləşməli və müharibənin dayandırılması ilə əlaqədar razılığa gəlməlidir: “Biz üç slavyan dövlətinin lideri oturub razılığa gəlməliyik”.

Lukaşenko Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışmaq istədiyini bildirib: “Mən sadəcə onunla danışmaq istərdim. Ona deyəcəklərim var. Düşünürəm ki, bizim məsləhətləşmələrə başlamağın vaxtı çatıb”.

O qeyd edib ki, bütün cəbhələrdə, xüsusilə də bəzi bölgələrdə ruslar praktiki olaraq böyük yaşayış məntəqələrini ələ keçiriblər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.