“Rusiya Polşa ilə sərhəddə nüvə silahı yerləşdirəcək”- SƏFİR

Rusiya Belarusda – Polşa ilə sərhəddə taktiki nüvə silahı yerləşdirəcək.

Azpost.info xəbər verir ki, bu barədə Rusiyanın Minskdəki səfiri Boris Qrızlov bildirib.

Onun sözlərinə görə, Avropa və ABŞ-ın səs-küy salmasına baxmayaraq, nüvə silahları Rusiya və Belarusun İttifaq Dövlətinin qərb sərhədlərinə köçürüləcək.

Səfir bildirib ki, Belarus ərazisində taktiki nüvə silahlarının yerləşdirilməsi üçün anbarlar iyulun 1-dək hazır olmalıdır.

Azpost.info

Əvvəlki məqalə

Vəli Əkbər AZTV-də “Xəbərlər”in direktoru təyin edilib

Sonrakı məqalə

İnam Kərimov Ali Məhkəmənin hakimi təyin olunacaq