İnam Kərimov Ali Məhkəmənin hakimi təyin olunacaq

Milli Məclisə “Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin təyin olunması haqqında” məsələ daxil olub.

APA-nın xəbərinə görə, məsələ bu gün parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasının gündəliyinə daxil edilib.

Layihəyə əsasən, Kərimov İnam İmdad oğlunun Ali Məhkəmənin hakimi təyin edilməsi təklif edilir.

Müzakirələrdən sonra məsələ parlamentin plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki, İnam Kərimov hazırda kənd təsərrüfatı naziridir.

Əvvəlki məqalə

“Rusiya Polşa ilə sərhəddə nüvə silahı yerləşdirəcək”

Sonrakı məqalə

Deputat Fazil Mustafaya sui-qəsd törədən 3 nəfərin adı məlum olub