Rusiya Polşanın 45 diplomatını “persona non qrata” elan etdi

 

Rusiya Xarici İşlər Nazirliyi Polşanın 45 diplomatını “persona non qrata” elan edib. Onlar aprelin 13-ü axşama qədər Rusiyanı tərk etməlidirlər.

Azpost.info xəbər verir ki, müvafiq nota bu gün Rusiya XİN-ə çağırılan Polşa səfiri Kşiştof Krayevskiyə təqdim edilib.

Rusiya XİN-dən bildiriblər ki, bu addım martın 23-də 45 rusiyalı diplomatın casusluq ittihamı ilə Polşadan çıxarılmasına cavab olaraq atılıb: “Səfirə bildirilib ki, biz bu addımı Varşavanın ikitərəfli münasibətlərə son vermək üçün şüurlu istəyinin təsdiqi kimi qiymətləndiririk. Bunun üçün məsuliyyət tamamilə Polşa tərəfinin üzərinə düşür”.

Azpost.info

Əvvəlki məqalə

“Sanksiyaların məqsədi Rusiyada hökuməti devirməkdir” –

Sonrakı məqalə

Avropa Komissiyasının sədri Jozep Borrellə birgə Buçaya gəlib – FOTO