“Sanksiyaların məqsədi Rusiyada hökuməti devirməkdir” –MEDVEDYEV

“Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların məqsədi hökuməti devirməkdir”.

Azpost.info xəbər verir ki, bunu Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram” kanalında bildirib.

Onun sözlərinə görə, Qərb sanksiyalar tətbiq edərkən dövləti zəiflədəcəyinə və cəmiyyətdə narazılıq yaradacağına ümid edir ki, bu da hakimiyyəti dəyişməyə cəhddir: “Belə təzyiqlər adətən əks nəticəyə – vətəndaş cəmiyyətinin hakimiyyət ətrafında birləşməsinə və mövcud siyasi rejimin möhkəmlənməsinə gətirib çıxarır”.

Medvedev tətbiq edilən məhdudiyyətləri repressiya adlandıraraq, onların Rusiyaya qarşı hibrid müharibənin tərkib hissəsi olduğunu deyib.

Azpost.info

Əvvəlki məqalə

MEDİA və Audiovizual Şuranın iştirakı ilə BDU-da görüş keçirilib

Sonrakı məqalə

Rusiya Polşanın 45 diplomatını “persona non qrata” elan etdi