Rusiya pomidor idxalı ilə bağlı Azərbaycana qoyduğu məhdudiyyəti ləğv etdi

23 Dekabr 2020 - 23:32

Rusiya dekabrın 24-dən etibarən 12 Azərbaycan müəssisəsindən pomidor idxalına qoyduğu məhdudiyyəti ləğv edib.

Bu barədə Rosselxoznadzor Federal Xidmətinin direktorunun müavini Anton Karamzin bildirib .

Onun sözlərinə görə, pomidor idxalına qoyulan məhdudiyyətin ləğvi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müraciətinə baxılması və həmin qurumun zəmanəti nəticəsində olub.