Xerson vilayətindən oğurlanmış üç uşaq Ukraynaya qaytarılıb.
Azpost.info xəbər verir ki, bu barədə Ali Radanın insan hüquqları üzrə komissarı Dmitri Lubinets bildirib.
Lubinetsin sözlərinə görə, 12 yaşlı qız, həmçinin 12 və 15 yaşlarında iki oğlan geri qaytarılıb.
Qətərdən olan vasitəçinin iştirakı ilə “Bring Kids Back UA” humanitar proqramı çərçivəsində Ukrayna və Rusiya arasında oğurlanmış uşaqların təhvil verilməsinə dair razılaşma əldə olunub.
“Hər qayıdış ayrı bir hekayə və insanların üzərində işlədiyi xüsusi əməliyyatdır. Onların məqsədi bütün uşaqları vətənə qaytarmaqdır. Bunun baş verməsinə kömək edən hər kəsə təşəkkür edirik. Biz hər bir ukraynalı uşaq üçün mübarizə aparacağıq və hamını geri qaytaracağıq”, – Lubinets deyib.
Azpost.info