Rusiya Roma Papasına etiraz etdi- Səfirdən açıqlama

Rusiyanın Vatikandakı səfiri Aleksandr Avdeyev Roma Papası Fransiskin Rusiyanın xüsusi əməliyyatının iştirakçılarının qəddarlığı ilə bağlı açıqlamasına kəskin etirazını bildirib.

Azpost.info xəbər verir ki, səfir Rusiya tərəfinin bu cür eyhamlardan hiddətləndiyini deyib.

“Mən etirazımı bildirdim və qeyd etdim ki, heç nə çoxmillətli rus xalqının birliyini sarsıda bilməz”, – diplomat qeyd edib.

Roma Papası “Amerika” jurnalına müsahibəsində deyib ki, o, Ukraynadakı döyüşlərdə ən çox qəddarlığı rus ənənəsinə sadiq olmayan insanlarda görür. Misal olaraq pontifik çeçen və buryatların adını çəkib.

Azpost.info

Əvvəlki məqalə

“Ukrayna dialoqdan imtina edir, danışıqlar mümkün deyil”

Sonrakı məqalə

“Rusiya Çinlə enerji sahəsində dialoqa açıqdır”