“Rusiya rublla ödənişi dayandırmasa defolt sayılacaq” –Moody's Reytinq agentliyi

Rusiyanın 2022 və 2042-ci illərdə vaxtı çatan avrobondlar üzrə ödənişləri dollar əvəzinə rublla həyata keçirməsi istiqraz buraxılışının şərtlərində dəyişiklikdir.

Bu barədə Moody’s beynəlxalq reytinq agentliyindən bildirilib.

Məlumata əsasən, güzəşt müddətinin sonuna qədər, yəni mayın 4-dək vəziyyət düzəlməzsə, bu addım defolt hesab edilə bilər.

Xatırladaq ki, Rusiya Federasiyasının Maliyyə Nazirliyi ABŞ-ın xarici borclara xidmət üçün dondurulmuş valyuta ehtiyatlarından istifadəyə qadağası fonunda aprelin 4-də “Rusiya-2022” və “Rusiya-2042” emissiyaları üzrə ödənişləri rublla həyata keçirib.

Əvvəlki məqalə

UEFA Avropa Liqasında ilk yarımfinalçı bəlli olub

Sonrakı məqalə

Serbiya 2023-cü ildən Azərbaycandan təbii qaz alacaq