Rusiya şirkətləri böhran yaşayır- Gəlirləri 36 faiz azalıb

Rusiya şirkətlərinin ümumi gəlirləri 2023-cü ildə 36 faiz azalaraq 814 trilyon rubl olub.

Azpost.info xəbər verir ki, bu barədə “İzvestiya” Rusiya Federal Vergi Xidmətinə istinadən yazıb.

Üstəlik, Ukraynaya qarşı müharibənin birinci ilində bu rəqəm ilk dəfə olaraq bir katrilyonu keçərək 1267 trilyon rubl təşkil edib.

“Gəlirlərin azalması xarici sanksiyalarla bağlıdır. Şirkətlər logistika və istehsal proseslərini yenidən qurmalıdırlar”, – “Texzor” Şirkətlər Qrupunun baş direktoru Andrey Borodkin deyib.

Azpost.info

Əvvəlki məqalə

6 ayda 154 əcnəbi qaçqın statusu almaq üçün Miqrasiya Xidmətinə müraciət edib

Sonrakı məqalə

Bugünkü hərracda tələb 73,7 milyon dollar olub