Rusiya sülhməramlılarının yeni komandanı Bakıya gəldi –

Zakir Həsənov qəbul edib
12 Yanvar 2022 - 14:21

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı, general-mayor Andrey Volkovu qəbul edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti müzakirə olunub.
General-mayor A.Volkovu general-leytenant Rüstəm Muradov təqdim edib.