Rusiya sülhməramlılarının müşayiəti ilə inşaat materialları Şuşaya çatdırılıb

Rusiya sülhməramlı qüvvələri tərəfindən Azərbaycanın avtomobil texnikası karvanının təhlükəsizliyini təmin edilib.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin istinadən verdiyi məlumata görə, Azərbaycan tərəfinin xahişi əsasında Rusiya sülhməramlılarının müşayiəti ilə inşaat materialları daşıyan 60-dan çox yük avtomobilinin təhlükəsiz şəraitdə Şuşaya çatdırılması təmin olunub.

Bildirilib ki, Rusiya sülhməramlı kontingenti bundan sonra da üçtərəfli bəyanatın icra olunmasına və regionda dinc həyatın bərpa olunmasına yardım edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezidentin xüsusi nümayəndələri ilə əlaqədar qanuna dəyişiklik edilib

Sonrakı məqalə

“Ermənistanı qınamaq yerinə Azərbaycanla Türkiyəni tənqid etmək təəccüblüdür”-