“Rusiya təhlükəsizliyimiz üçün ən böyük və ən ciddi təhdiddir”- İsveç müdafiə naziri

İsveç hökuməti yeni milli təhlükəsizlik strategiyasını təqdim edib.

Azpost.info xəbər verir ki, sənəddə bildirilir ki, hazırda ölkə üçün ən böyük təhlükə Rusiyadır və əsas diqqət hər cür şəkildə təhlükəsizlik səviyyəsinin artırılmasına yönəldilməlidir.

“Rusiya milli təhlükəsizliyimiz üçün ən böyük və ən ciddi təhdiddir”, – müdafiə naziri Pol Conson strategiyanı təqdim edərkən deyib.

Hökumətin fikrincə, krallığın milli təhlükəsizlik vəziyyəti İkinci Dünya müharibəsindən sonra ən ciddi vəziyyətdir. Baş nazir Ulf Kristersson deyib ki, Ukraynadakı müharibə xəritəni dəyişir və bu, İsveçin təhlükəsizliyini təmin etmək işinə təsir edir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.