Rusiya taxıl blokadasını açsa, sanksiyalar ləğv ediləcək? –Ağ Evdən açıqlama

ABŞ Moskvanın Ukrayna limanlarını taxıl blokadasından çıxarmağın müqabilində Rusiyaya qarşı sanksiyaların bir hissəsinin ləğvi ilə bağlı tələbini qəbul etmir.

Azpost.info xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.

“Ukrayna limanlarından ixracı əngəlləyən və dünyada aclıq yaradan Rusiyadır. Rusiyanın blokadası səbəbindən üzə bilməyən gəmilərdə tonlarla ərzaq qalıb”, – mətbuat katibi deyib.

“ABŞ və tərəfdaşların sanksiyaları Ukrayna və ya Rusiyanın aqrar-sənaye məhsullarının ixracına qadağa qoymur. Bu ixrac üçün tələb olunan bank köçürmələri və ya gəmilərə də qadağa qoyulmayıb. Rusiya dərhal Ukrayna ixracına icazə verməlidir. Sanksiyaların ləğvi müzakirə olunmur”, – Jan-Pyer əlavə edib.

Azpost.info

Əvvəlki məqalə

Selçuk Bayraktar Şuşaya gedib

Sonrakı məqalə

“Qərb Ukraynada strategiyanı qətiləşdirməlidir, vəziyyət dəyişdi…” –