Rusiya Türkiyəyə başsağlığı verib

28 Fevral 2020 - 17:07

Rusiya tərəfi türk hərbçilərinin Suriyada həlak olması ilə əlaqədar Türkiyəyə başsağlığı verib.

Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

O qeyd edib ki, rəsmi Moskva İdlibdə sabitliyi qoruyan türk əsgərlərinin təhlükəsizliyinin təmin olunması üçün əlindən gələni əsirgəmir və Rusiya hərbçiləri bu işi davam etdirməyə hazırdırlar(azərtac).