“Rusiya üçün “dost olmayan” və düşmən xalqlar yoxdur”- PUTİN

Rusiya üçün “dost olmayan” və düşmən xalqlar yoxdur.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Moskvada Qırmızı Meydanda Böyük Vətən Müharibəsində Qələbənin 78-ci ildönümü şərəfinə keçirilən paradda çıxış edərkən deyib.

Putin bildirib ki, Rusiya gələcəyi dinc və sabit görmək istəyir: “Qərbin qlobalist elitası rusofobiya toxumları səpir, Avropanın azadlığı uğrunda canlarını əsirgəməyən faşistləri kimin məğlub etdiyini sanki unudurlar. Sovet əsgərlərinin abidələrini necə sökdüklərini, nasist kultu yaratdıqlarını görürük. Qaliblərin nəslini təhqir etmək də cinayətdir”.

Rusiya lideri xüsusi əməliyyatın iştirakçıları ilə fəxr etdiyini, rus xalqının gələcəyinin onlardan asılı olduğunu da qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.