Rusiya-Ukrayna savaşı 143 ölkənin iqtisadiyyatına təsir edir” –BVF

“Rusiya və Ukrayna arasında müharibənin nəticələri dünya ÜDM-nin 86 faizini təşkil edən 143 ölkənin iqtisadiyyatına təsir edir”.

Azpost.info xəbər verir ki, “Bloomberg” bunu Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyevaya istinadən yazıb. Onun sözlərinə görə, müharibə səbəbindən fond 2022-ci il üçün proqnozlarını pisləşdirməyə məcbur olub: “İqtisadi perspektivləri aşağı düşənlər arasında əsas qida və enerji idxalçıları Avropa, Asiya, Afrika və Yaxın Şərq var”.

BVF rəsmisinin fikrincə, Ukrayna-Rusiya münaqişəsi qlobal iqtisadiyyatın pandemiyanın nəticələrindən sağalması prosesinə xələl gətirir: “Sadə dillə desək, böhran fonunda böhran yaşayırıq. Rusiyanın təcavüzü və Ukrayna iqtisadiyyatının dağılması nəticəsində yaranan şok dalğalar bütün dünyaya yayılır. Münaqişənin gərginləşməsi və yeni sanksiyaların tətbiqi riskini nəzərə alsaq, qlobal iqtisadiyyatın taleyi qeyri-müəyyəndir”.

Azpost.info

Əvvəlki məqalə

Polşa Rusiya kömürünə embarqo qoydu

Sonrakı məqalə

“Tayvan Çinin ayrılmaz hissəsidir” –