Rusiya Ukraynadan diplomatlarını çıxarır

Rusiya diplomatlarını Ukraynadan çıxarmağa başlayıb.

Azpost.info bildirir ki, bu barədə “Nyu-York Tayms” qəzeti öz mənbələrinə istinadən məlumat verib.

Məlumata görə, yanvarın 5-də Ukraynanı avtobuslarla 18 nəfər tərk edib. Bunlar əsasən Rusiya diplomatlarının həyat yoldaşları və uşaqlarıdır. Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbə qəzetə deyib ki, onları avtobuslarla Moskvaya yola salıblar. UTX-də olan informasiyaya görə, yaxın günlərdə Kiyevdəki səfirlikdən və Lvovdakı konsulluqdan daha 30 nəfərin ölkədən gedişi gözlənilir. Digər şəhərlərdə olan Rusiya diplomatlarına da ölkədən çıxmaqla bağlı əmr verildiyi iddia olunur.

Bununla bağlı Vaşinqton da məlumatlıdır.

ABŞ rəsmiləri bildirib ki, Putin Ukraynaya müdaxilə ilə bağlı hələləik son qərarı qəbul etməyib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Səudiyyənin Yəmən paytaxtına aviazərbələri nəticəsində 23 nəfər ölüb

Sonrakı məqalə

Şeyxülislam Roma Papası ilə nəyi müzakirə edib? –