“Rusiya Ukraynadan yüz minlərlə ton taxıl oğurlayıb”

“Rusiya qüvvələri işğal etdikləri Ukrayna ərazilərindən artıq bir neçə yüz min ton taxıl oğurlayıblar”.

Azpost.info xəbər verir ki, bunu Ukraynanın aqrar siyasət nazirinin müavini Taras Vısotski bildirib. Vısotski bildirib ki, işğal olunmuş ərazilərdə ümumilikdə 1,5 milyon ton taxıl var.

O, bu taxılın böyük hissəsinin Rusiya qüvvələri tərəfindən oğurlana biləcəyindən narahat olduğunu bildirib. Ukryana hökuməti hesab edir ki, Rusiyanı işğal etdiyi ərazidən taxıl oğurlaması, yaz əkininin pozulması, müharibəyə görə limanların blokadası qlobal ərzaq təhlükəsizliyinə təhlükəni artırıb.

Azpost.info

Əvvəlki məqalə

Apellyasiya Məhkəməsi Əli Əliyevlə bağlı hökmü qüvvədə saxladı

Sonrakı məqalə

Yanğının ərzaq qıtlığına səbəb olacağı barədə məlumatların əsası yoxdur –