Rusiya Ukraynanın şimalını tam tərk edib –Britaniya kəşfiyyatı

Rusiya qüvvələri Ukraynanın şimalından Belarusa və Rusiyaya doğru tam geri çəkilib.

Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub.
Bildirilib ki, çəkilən qüvvələrin ən az bir hissəsi Donbasda döyüşmək üçün Ukraynanın şərqinə göndəriləcək.
Əlavə olunub ki, bu hərbi bölmələrin bir çoxunun şərqə göndərilmədən əvvəl nəzərəçarpan səviyyədə özünü toplamağa ehtiyacı olacaq və bu səbəbdən onların Şərqə yerləşdirilməsi ən azı bir həftə çəkəcək.

Məlumatda o da qeyd olunub ki, Rusiya Ukraynanın şərqdəki və cənubdakı şəhərlərini top atəşinə tutmağa davam edir.
Rusiya qüvvələri nəzarəti ələ keçirdikləri strateji əhəmiyyətli İzyum şəhərindən daha cənuba doğru hücuma keçiblər.(APA)

Əvvəlki məqalə

Latviyada 9 may Ukraynada həlak olanların xatirə günü elan edilib

Sonrakı məqalə

Valyuta məzənnələri