Rusiya Ukraynaya nüvə zərbəsi endirə bilərmi? –Conson proqnozunu açıqladı

Britaniya Baş naziri Boris Conson Rusiya prezidenti Vladimir Putinin daha çox hərbi uğursuzluqlarla üzləşəcəyi təqdirdə Ukraynada taktiki nüvə silahından istifadə edəcəyini düşünmür.

Azpost.info xəbər verir ki, Conson bunu yerli Talk TV-nin efirində deyib.

Baş nazirin fikrincə, Putin Ukraynadan geri çəkilmək istəsə, bunu rahatlıqla edə bilər. Çünki gördüyü işlərə Rusiyada kütləvi dəstək var: “Putin o məqama çata bilər ki, rus xalqına deyər: “Ukraynada başlatdığımız xüsusi hərbi əməliyyat uğurla başa çatıb. Müəyyən kateqoriyadan olan insanları qorumaq üçün bunu həyata keçirməli olduq və bu, oldu”, – Conson bildirib.

Azpost.info

Əvvəlki məqalə

ABŞ Ukraynaya hərbi yardım üçün nəzarət mərkəzi yaradır

Sonrakı məqalə

Putin “Azovstal”dakı mülki əhalinin təxliyyəsinə razılıq verdi –