Rusiya Ukraynaya raket zərbələrini davam etdirir –Energetika obyektləri dağıdılır

Rusiya Ukraynanın energetika obyektlərinə raket zərbələri endirməkdə davam edir.

Ukrayna mediasının məlumatına görə, yaranmış vəziyyətlə əlaqədar paytaxt Kiyevdə daxil olmaqla, Odessa, Dnepropetrovsk və Donetsk vilayətlərinin elektrik enerjisi ilə təchizatında fasilələr yaranıb.

Ərazidə hava həyəcanı siqnalları səsləndirilir.

O da bildirilib ki, hazırda Odessa, Xarkov, Kirovoqrad, Lutsk, Kropivnitsk və Rovno şəhərlərində ardıcıl partlayış səsləri eşidilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.