Rusiya və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub

12 Dekabr 2020 - 15:57

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Bu barədə Rusiya XİN-in açıqlamasında deyilir.

“Lavrov azərbaycanlı həmkarı ilə telefonla beynəlxalq və ikitərəfli gündəliyin aktual məsələlərini, o cümlədən Dağlıq Qarabağla bağlı bəyanatın həyata keçirilməsinin praktik vəzifələrini müzakirə edib”, – açıqlamada deyilir.