Rusiya və Çin artıq iqtisadi əlaqələrdə ABŞ dollarından imtina edib.
Azpost.info bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin departament direktoru Georgi Zinovyev RİA-Novosti-yə bildirib.
Onun sözlərinə görə, Rusiya və Çin artıq iqtisadi əlaqələrdə dollardan istfadə etmirlər, ölkələr arasında ödənişlərin 80%-dən çoxu milli valyutalarda həyata keçirilir.
“Rusiya-Çin ödənişlərində milli valyutaların payı son dərəcə sürətlə artır: əgər 2022-ci ilin əvvəlində bu, təxminən 25% idisə, hazırda bu, 80%-dən çoxdur”-deyə o bildirib.
Zinovyev qeyd edib ki, Moskva birjasında rubl/yuan ilə ticarət ABŞ dolları ilə ticarətin həcmini çoxdan üstələyib: “Biz bu gün biz ikitərəfli iqtisadi əlaqələrin “dollarsızlaşma”nı artıq bəyan edə bilərik”.
O qeyd edib ki, Rusiya və Çin iqtisadi operatorları “qərb ölkələrinin “toksik” valyutalarından kütləvi şəkildə uzaqlaşır və daha etibarlı və təhlükəsiz ödəniş vasitəsi kimi rubl və yuana üstünlük verirlər.
Azpost.info