“Rusiya və KTMT yetərli olmadı…”- Avropa Parlamenti İrəvanı siyasətini dəyişməyə çağırdı

“Ermənistanın Rusiya və KTMT-yə çoxdankı oriyentasiyası regionda təhlükəsizliyi təmin etmək üçün yetərli deyil”.

Azpost.info xəbər verir ki, bunu Avropa Parlamentinin (AP) Xarici Əlaqələr Komitəsi bəyan edib.

AP əmindir ki, İrəvan bu sahədə xarici siyasətinə yenidən baxmalıdır.

Qətnamə layihəsində deyilir ki, Avropa Parlamenti Ermənistanı təhlükəsizlik üzrə tərəfdaşlıqlarını diversifikasiya etmək imkanları barədə düşünməyə çağırır. Çünki Ermənistanın Rusiya və KTMT-yə oriyentasiyası regionda təhlükəsizliyi təmin etmək üçün yetərli deyil.

Sənəddə həmçinin vurğulanır ki, Ukraynadakı münaqişə “Cənubi Qafqaza təsir edir və təhlükəsizlik vəziyyətini daha da çətinləşdirir.

AP Avropa İttifaqının regiondakı münaqişələrin həllində daha fəal iştirak etməyə hazır olduğunu da bəyan edib.

Azpost.info

 

Əvvəlki məqalə

Azyaşlılara qarşı cinsi zorakılıqla bağlı cəzalar sərtləşir –

Sonrakı məqalə

“Happy Yusifzadeh” paylaşımının bizə heç bir bağlılığı yoxdur” –