Rusiya və Ukrayna arasında ikinci görüş olacaq –Danışıqlar başa çatdı

Rusiya və Ukrayna nümayəndə heyətlərinin Belarus-Ukrayna sərhədindəki Qomel vilayətində keçirilən danışıqları başa çatıb. Tərəflər ikinci raundun keçirilməsi barədə razılığa gəliblər.

Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, təxminən beş saat davam edən görüş “Pripyat” çayının sahilindəki “balıqçı evi” kod adlı gizli yerdə baş tutub.

Rusiya nümayəndə heyətinin rəhbəri, Putinin köməkçisi Vladimir Medinskinin sözlərinə görə, bu müddət ərzində iştirakçılar bütün gündəliyi ətraflı şəkildə nəzərdən keçiriblər. Onun sözlərinə görə, ortaq mövqelər proqnozlaşdırılıb və mümkün olan məqamlar tapılıb.

Vladimir Medinski bildirib ki, Rusiya-Ukrayna danışıqlarının növbəti raundu Polşa-Belarus sərhədində baş tutacaq. “Ən əsası, biz danışıqlar prosesini davam etdirmək barədə razılığa gəldik. Növbəti görüş yaxın günlərdə Polşa-Belarus sərhədində baş tutacaq”, – Medinski deyib.

Öz növbəsində, Ukrayna Prezidentinin Aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, tərəflər spesifik həll yollarının təsvir olunduğu prioritet mövzular müəyyən ediblər.

Azpost.info

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Zelenski Avropa İttifaqına üzvlük ərizəsini imzaladı –

Sonrakı məqalə

Kiyevdə güclü partlayışlar olub –