“Ukraynaya silah tədarükü hərbi əməliyyatların dayandırılmasına kömək etməyəcək”.
Azpost.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
XİN rəhbəri hesab edir ki, güc tətbiq etməklə tez qələbə qazanmaq olmaz: “Bir sıra ölkələr silah tədarükünün köməyi ilə Ukraynanın hərbi əməliyyatların gedişatını dəyişə biləcəyi və Rusiyanı məğlub edəcəyi qənaətində idi. Bu baş vermir. Döyüş meydanında heç bir tərəf ciddi irəliləyiş əldə etmir”.
Nazirin sözlərinə görə, Moskva ilə Kiyev arasında yenidən dialoqa meyl yaranıb: “Ankara da dialoqun tərəfdarıdır. Çünki müharibənin, xüsusən də Ukrayna üçün xərcləri çox yüksəkdir. Türkiyə Rusiya və Ukrayna arasında, o cümlədən dövlət başçıları səviyyəsində təkbətək danışıqları bərpa etməyə çalışır”.
Azpost.info