Rusiya və ABŞ qarşılıqlı iri iqtisadi layihələri müzakirə edir

Rusiya ilə ABŞ arasında Ukraynadakı münaqişənin nizamlanması üzrə danışıqlarda təkcə siyasi məsələlər deyil, iqtisadiyyat, o cümlədən mümkün iri birgə layihələr də müzakirə olunub.

 “Kommersant” yazır ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

“Keçirilmiş danışıqlar Ukrayna böhranının nizamlanması ilə bağlı fikir mübadiləsi ilə məhdudlaşmayıb. İqtisadi mövzu və qarşılıqlı faydalı ola biləcək iri Rusiya-Amerika layihələri kifayət qədər ətraflı müzakirə olunub”, — Uşakov jurnalistlərə deyib.

Rusiya prezidenti Vladimir Putinlə Amerika nümayəndələri Stiv Uitkoff və Cared Kuşner arasında görüş sentyabrın 5-də Kremldə keçirilib. Uşakovun sözlərinə görə, tərəflər Ukraynadakı münaqişənin nizamlanması yollarını müzakirə etməyə davam ediblər. O, danışıqları konstruktiv və səmimi kimi xarakterizə edib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.