Rusiya və Suriya təyyarələri Hələb ətrafını intensiv bombardman edir –Reuters

Rusiya və Suriya təyyarələri Hələb şəhərinə daxil olan silahlı dəstələri  geri sıxışdırmaq məqsədi ilə Suriyanın şimalında intensiv bombardmanlar həyata keçirir.

Azpost.info bildirir ki, bu barədə Reuters Suriya ordusu mənbələrinə istinadən xəbər yayıb.

Təyyarələr bu gün silhalıların nəzarətində olan İdlib şəhərini bombalayıb.

Şənbə günü Rusiya və Suriya təyyarələri İdlib əyalətinin müxalifətin nəzarətində olan digər şəhərlərini bombalayıb.

Bazar günü ordu son günlər islamçı dəstələr  tərəfindən ələ keçirilən bir neçə şəhəri geri aldığını bildirib.

Xatırladaq ki, silahlı qruplar Hələb şəhərinin böyük hissəsini nəzarətə götürüb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.