Rusiyada ərzağın bahalaşması ilə bağlı şikayətlər artıb

Rusiyada ərzaq məhsullarının bahalaşması ilə bağlı şikayətlərin sayı artıb.

Azpost.info bildirir ki, bu barədə “İzvestiya”ya eksklüziv müsahibəsində Federal Antiinhisar Xidmətinin (FAS) rəhbərinin müavini Sergey Puzırevski deyib.

“2022-ci ildən başlayaraq ərzaq məhsullarının bahalaşması ilə bağlı şikayətlərin sayı artıb. Mart və aprel aylarında bütün Rusiyada qiymət artımı qeydə alınıb. Meyvə-tərəvəz məhsulları (soğan, çuğundur, kök, kələm, kartof), qənd, düyü, duz, çay, hərbi geyimlər, uşaq qidaları, sabun və digər mallar ən yüksək templərlə bahalaşıb”.

Onun sözlərinə görə, bir sıra hallarda buna səbəb bazar iştirakçılarının istehlakçılara münasibətdə vicdansız, spekulyativ davranışları olub. “Xüsusilə biz covid pandemiyasının başlanğıcı zamanı belə əsassız qiymət artımını tez-tez müşahidə edirik. Məsələn, insanlar qəfildən biləndə ki, zəncəfil bu xəstəliyi sağaldır, onu rəflərdən silib-süpürdülər, qiyməti bir gündə beş dəfə artdı”, – Puzyrevski bildirib.

O qeyd edib ki, FAS belə spekulyativ artımlara qarşı  qanun layihəsi hazırlayıb.

“Hazırda qanun layihəsi artıq hökumətə göndərilib. Əgər bu barədə müsbət qərar qəbul edərsə, o zaman, ola bilsin, sentyabrda Dövlət Dumasına təqdim olunacaq”, – deyə xidmət rəhbərinin müavini bildirib.

Azpost.info

Əvvəlki məqalə

Bu günə olan valyuta məzənnələri

Sonrakı məqalə

“Mask yoxsa, Zukerberq döyər?” –