Rusiyada 9 mayda Qələbə Paradı keçirilməyəcək

15 Aprel 2020 - 22:03

Rusiya rəhbərliyi Qələbə Paradının vaxtının dəyişdirilməsi barədə qərar qəbul edib.

Azpost.info bildirir ki, bu barədə “İnterfaks”a Prezident Administrasiyasındakı mənbə deyib. Onun sözlərinə görə, paradın başqa vaxta təxirə salınacağı barədə qərar çox güman sabah rəsmən elan olunacaq.

Xatırladaq ki, bu gün Dumanın müdafiə məsələləri üzrə Komitənin rəhbəri Vladimir Şamanov bildirib ki, veteranlar təşkilatları 9 may Qələbə paradının başqa vaxta keçirilməsi ilə bağlı müraciət edib.