Rusiyada Azərbaycanın ərazi bütövlüyü ilə bağlı təxribatARADAN QALDIRILDI

Rusiyanın Tula Dövlət Silah Muzeyində yerləşdirilən Azərbaycanın təhrif edilmiş xəritəsi muzeydən yığışdırılıb.

Bu barədə “Report”un Rusiya bürosuna Azərbaycanın Moskvadakı səfirliyindən məlumat verilib.

“Bir sıra xəbər saytlarında Rusiya Federasiyasının Tula Dövlət Silah muzeyində Azərbaycan Respublikasının təhrif edilmiş xəritəsinin yerləşdirildiyi ilə bağlı məlumat yayılmlanıb. Səfirliyin məsələyə müdaxiləsindən və muzey rəhbərliyinə ölkəmizin ərazi bütövlüyünün pozulmasının qəbuledilməzliyinin izah edilməsindən dərhal sonra qarşı tərəf buraxılan səhvi operativ şəkildə aradan qaldırıb və bu barədə səfirliyə məlumat verib”, – diplomatik nümayəndəlikdən bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

AVRO-2020-yə bilet tələbi rekord həddə çatıb

Sonrakı məqalə

Azərbaycandan Həcc ziyarətinə təkrar gedənlərə güzəşt edildi