Rusiya Federasiyasının Nazirlər Kabineti benzinin ixracına müvəqqəti qadağa tətbiq edib.
Bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.
İstehsalçılar üçün nəzərdə tutulan qadağa rəsmi dərc olunduğu gündən etibarən iyul ayının sonuna kimi qüvvədə olacaq.
“Qərar yüksək mövsümi tələbat və kənd təsərrüfatı sahə işləri dövründə daxili yanacaq bazarında sabit vəziyyətin qorunması, həmçinin Yaxın Şərqdə formalaşmış geosiyasi vəziyyət səbəbindən dünya neft qiymətlərinin artması fonunda qəbul edilib,”- deyə Rusiya hökumətinin bəyanatında qeyd olunub.
Bildirilir ki, məhdudiyyətlər yalnız hökumətlərarası sazişlər çərçivəsində həyata keçirilən tədarüklərə şamil olunmayacaq.