Rusiyanın Nijni Tagil şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verib.
TASS-ın xəbərinə görə, hadisəyə qaz balonunun partlaması səbəb olub. Nəticədə xəsarət alanların olduğu bildirilir.
Əraziyə xilasedicilər və təcili yardım briqadaları cəlb edilib.
Beşmərtəbəli yaşayış binasında partlayış zamanı uçmuş evin dağıntıları altında 9 nəfər qala bilər.
Axtarışı aparılan 9 nəfərdən 4-nün uşaq olduğu bildirilir.
Hazırda 3 uşaq və 3 böyük xilas edilərək xəstəxanaya yerləşdirilib. Dağıntıların təmizlənməsi davam edir.