Rusiyada bir şəxs çörək almaq üçün marketə helikopterlə gəlib

Rusiyanın Omsk şəhərində bir nəfər vertolyotla marketə gəlib.

Azpost.info bildirir ki, Omsk Nəqliyyat Prokurorluğu bir nəfərin vertolyotla ərzaq məhsulları almaq üçün mağazaya uçmasından sonra Omsk vilayətində hava nəqliyyatı sahəsində qanunvericiliyin pozulması ilə bağlı araşdırmaya başlayıb.

Bu barədə vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Bu qeyri-adi hadisə bazar günü, iyunun 9-da baş verib. Lakin xəbər iyunun 10-da məlum olub.

Prokurorluq pilotun dörd nəfərlik “Robinson” helikopterindən istifadə etdiyinə aydınlıq gətirib. Məlum olub ki, həmin şəxs vertolyotdan düşüb, mağazadan ərzaq alıb və helikopterə oturaraq geri qayıdıb.

“Omsk Nəqliyyat Prokurorluğu uçuş təhlükəsizliyi qanunvericiliyinin icrası ilə bağlı yerində yoxlama təşkil edib. İlkin məlumatlara görə, helikopter aviasiya orqanlarının təsdiq etdiyi yerdən kənarda havaya qalxıb, pilot elektrik xətlərinə və digər obyektlərə təhlükəli yaxınlaşıb”, – mətbuat xidmətinin məlumatında deyilir.

Əvvəlki məqalə

Bu günə olan valyuta məzənnələri

Sonrakı məqalə

Ukrayna ilə bağlı keçiriləcək sammitdə Moskvadan nə tələb olunacaq? –