Rusiyada bütün VPN xidmətləri bloklanır

Rusiyada gələn ildən bütün VPN xidmətləri bloklanacaq.

Azpost.info RİA-ya istinadən bildirir ki, “Roskomnadzor” 2024-cü il martın 1-dən istifadəçilərə qadağan olunmuş resurslara giriş imkanı verildiyi təqdirdə bütün VPN xidmətlərinin bloklanacağı barədə qərar verməyi planlaşdırır.

Bu barədə Federasiya Şurası yanında Rəqəmsal İqtisadiyyatın İnkişafı Şurasının sədr müavini Artem Şeykin bildirib.

Senatorun sözlərinə görə, VPN proqramları bütün onlayn mağazalarda, o cümlədən AppStore və Play Market-də bloklanacaq. O, belə tədbirlərin Rusiya istifadəçilərinin Meta  şirkətinin məhsullarına çıxışın məhdudlaşdırılması zərurətindən qaynaqlandığını vurğulayıb.

“2024-cü il martın 1-dən Rusiyada qadağan olunmuş saytlara girişi təmin edən VPN xidmətlərinin Roskomnadzor tərəfindən bütün bazarlarda bloklanmasına dair sərəncam qüvvəyə minəcək. Qeyd etmək istərdim ki, vətəndaşların ekstrimist qurum kimi tanınan Meta məhsullarına çıxışının məhdudlaşdırılması xüsusilə vacibdir”-deyə o vurğulayıb.

Əvvəlki məqalə

“Azersky-2” peyki Azərbaycanda istehsal olunacaq

Sonrakı məqalə

Putinlə dostluğa görə Almaniya rəhbərləri Şröderlə bir yerdə oturmaq istəməyib