Rusiyada “Çto?” “Qde?”, “Koqda” komandasının məşhur üzvü Rövşən Əsgərova cinayət işi açılıb

Rusiya İstintaq Komitəsi  tanınmış azərbaycanlı, “Nə? Harada? Nə vaxt?” teleproqramının populyar ulduzu Rövşən Əsgərov haqqında cinayət işinə başlayıb.
Azpost.info bildirir ki, bu barədə İstintaq Komitəsindən RİA-ya bildirilib.
R.Əsgərov nasizmin reablitasiyasına cəhddə  ittiham olunur.
İttihama görə, R.Əsgərov apreln 6-da Facebook səhifəsində SSRİ marşalı Georgi Jukovun xatirəsini təhqir edən yalan məlumat paylaşıb.
1972-ci ildə Bakıda anadan olan R.Əsgərov BDU-nun tarix fakultəsini bitirib. Tarix elmləri namizədidir.
Rövşən Əsgərov bu məşhur komandanın tanınmış üzvü olub. 1989-2018-ci illərdə breyn-rinq komandalarında oynayıb.
Moskvada yaşayan R.Əsgərov “Sport-Ekspress” qəzetinin icmalçısı kimi çalışıb. 2009-cu ildən “Baku” jurnalının piar-direktorudur.
Əvvəlki məqalə

“Pulu rublla ödəməyən dövlətlərə qaz satışı dayandırılacaq” –

Sonrakı məqalə

Putin Ukraynanın separatçı əraziləri üzrə yeni kurator təyin edib –