“Pulu rublla ödəməyən dövlətlərə qaz satışı dayandırılacaq” –Kremldən açıqlama

“Qaz müqavilələri üzrə Polşa və Bolqarıstan tərəfindən lazımi formada ödəniş tədarüklərin davam etdirilməsi üçün əsas olacaq”.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Rusiya prezidenti Vladimir Putinin qaz tədarükü ilə bağlı vəziyyəti müzakirə etmək üçün bu ölkələrdən olan həmkarları ilə təmas qurmağı planlaşdırırmı?” sualına Peskov belə cavab verib: “Planlaşdırılmır”.

Kremlin sözçüsü Polşa və Bolqarıstandan başqa digər dövlətlərin Rusiya qazının pulunu rublla ödəməyəcəyi təqdirdə qaz tədarükünün dayandırılacağını istisna etməyib: “Qazın ödəniş müddəti yaxınlaşdıqca, bəzi istehlakçılar yeni sistem üzrə ödənişdən imtina edərlərsə, o zaman Rusiya prezidenti Vladimir Putinin fərmanı əlbəttə ki, yerinə yetiriləcək”. (RİA-Novosti)

 

Əvvəlki məqalə

Avropa İttifaqı Ukrayna ilə bağlı rüsumların ləğvinə hazırlaşır –

Sonrakı məqalə

Rusiyada “Çto?” “Qde?”, “Koqda” komandasının məşhur üzvü Rövşən Əsgərova cinayət işi açılıb