Rusiyada dövlətə xəyanətlə bağlı rekord sayda cinayət işi açılıb

Ukraynadakı müharibə fonunda ruslara qarşı dövlətə xəyanətlə bağlı (Rusiya Cinayət Məcəlləsinin 275-ci maddəsi) rekord sayda cinayət işi açılıb.

Azpost.info xəbər verir ki, 2023-cü ilin əvvəlindən bəri Rusiya məhkəmələrinə ən azı 63 müvafiq iş qaldırılıb və onlardan 33-ü artıq mühakimə ilə nəticələnib.

Həmçinin, ilin əvvəlindən 2022-ci ildə tətbiq edilən Cinayət Məcəlləsinin 275.1-ci (“Konfidensial əməkdaşlıq”) maddəsi ilə azı 7 cinayət işi məhkəmələrə göndərilib. Onlardan dördü üzrə hökm çıxarılıb: üç iş üzrə təqsirli, birində isə tibbi xarakterli məcburi tədbirlər haqqında qərar verilib.

Ümumilikdə 2023-cü ildə birinci və apellyasiya instansiyası məhkəmələrində dövlətə xəyanətlə bağlı 98 iş icraatda idi.

Media nəşrlərinə görə, 2023-cü ildə bu maddə üzrə ən azı 94 həbs halı olub.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.