Rusiyada dustaq qeyri-adi üsulla müəssisədən qaçıb

Rusiyanın Krasnoyarsk diyarında yerləşən 42 saylı islahedici müəssisədə saxlanılan dustaq qaçıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, nəzarətin olmamasından istifadə edən dustaq yatağına mulyaj qoyaraq qaçmağı bacarıb.

Lakin adı açıqlanmayan dustaq niyyətini tam həyata keçirə bilməyib. O, müəssisədən qaçsa da elə həmin gün İlanskaya stansiyasında saxlanılıb. Onun barəsində yeni cinayət işi açılıb.

Qeyd edək ki, dustağın hansı cinayətə görə həbs olunduğu haqqında məlumat verilməyib. Onun islah müəssisəsindən nə vaxt qaçdığı da bəlli deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İmişlidə eksqumasiya olunacaq şəhidlərin qalıqları dəfn ediləcək

Sonrakı məqalə

“Azərbaycanın 30 aylıq idxalı ödəyəcək qədər valyuta ehtiyatları mövcuddur”