Rusiyada elmi-tədqiqat institutunda yanğında ölənlərin sayı 9-a çatıb

Rusiyanın Moskva vilayətində “Platan” Elmi-Tədqiqat İnstitutunun əsas binasında yanğında ölənlərin sayı 9-a çatıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Yanğının sahəsi 4500 kvadrat metrə qədər genişlənib.

İki nəfərin özünü 7-ci mərtəbədən atdığı, 7 nəfərin isə tüstüdən boğularaq öldüyü bildirilib.

Yanğının söndürülməsinə iki yanğınsöndürən helikopter də cəlb olunub.

Alov bütün binanı bürüyüb. Yanğın başlayanda binada olan bir neçə nəfər barədə məlumat yoxdur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.