“Rusiyada həqiqi qəhrəmanlar var, Avropa və ABŞ-da belə insanlar qalmayıb”- MEDVEDEV

“Rusiyada həqiqi qəhrəmanlar var, Avropa və ABŞ-da belə insanlar qalmayıb”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev soydaşlarını hər il dekabrın 9-da qeyd olunan Vətən Qəhrəmanları Günü münasibətilə təbrik edərkən deyib.

Medvedev qeyd edib ki, qəhrəman vətən və müdafiəyə ehtiyacı olan insanlar naminə özünü qurban verməyə hazır olan insandır: “Bizim həqiqi qəhrəmanlarımız var. Biz onlarla fəxr edirik. Biz onları xatırlayırıq. Biz onlardan nümunə götürürük. Amma sönük Avropada və dollar çapından “kökəlmiş”, lakin demansdan əziyyət çəkən ABŞ-da onlar artıq yoxdur. Ona görə də biz daha güclüyük. Ona görə də biz qalib gələcəyik”.

Azpost.info

Əvvəlki məqalə

Parlament 2023-cü ilin dövlət büdcəsini qəbul edib

Sonrakı məqalə

“Dərman qiymətinin Tarif Şurası tərəfindən tənzimlənməsi ləğv olunmalıdır” –